Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda xətlənmə və təmir işləri aparılacaq



Newscenter.az.13.05.2020
. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bızi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

"Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

Anar
Xəbəri paylaş