Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramil Həsən: Paşinyanın babası erməni hakimiyyətinin mənfur üzünü ortaya qoydu



Newscenter.az.13.05.2020. “Ermənistan hər zaman olduğu kimi şovinist idealarına sadiqdir, əsrlər boyu bu belə olub və bundan sonra da davam edəcək. Belə ki, bir neçə gün bundan öncə, faşizm üzərində qələbənin 75 illik yubileyi ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə qələbə ilə bağlı bir sənəd yaymağa çalışıb və bu sənədə əsasən, onun babası Nikolay Vartanoviç Paşinyan güya, Böyük Vətən Müharibəsində iştirak edib. Lakin onun bu paylaşımı əks istiqamətdə effekt verib. Ermənilərin özlərinin araşdırmaları zamanı məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyan şərəfsizcəsinə satqınlıq edərək faşistlərin tərəfinə keçib və “SS” diviziyasında Sovet ordusuna qarşı bütün əməliyyatlarda demək olar ki, iştirak edib. Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb.”

Newscenter.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinə Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlara münasibət bildirərkən Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən vurğulayıb ki, Nikolay Vartanoviç Paşinyan öldürüldüyü tarixə qədər, yəni 1943-cü ilə qədər Sovet İttifaqına qarşı faşizmə xidmət edib: “Bu da ermənilərin və erməni hakimiyyətinin mənfur üzlərinin ortaya qoyulmasının bariz nümunəsidir. Ümumiyyətlə, cənab İlham Əliyevin bir müddət öncə qatil və cani Qarergin Njdenin faşist qəhrəmanı olması və faşistlərə xidmət etməsi ilə bağlı verdiyi tarixi açıqlama, onun ardınca Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət etməsini təsdiq edən faktlar bir daha göstərir ki, Ermənistan və onu idarə edən şəxslər öz mənfur, iyrənc və şərəfsiz oyunlarından hələ də əl çəkmirlər. Ümumiyyətlə tarix göstərir ki, qədim türk dünyası və ermənilər arasındakı bütün münasibətlərdə türk xalqları, xüsusilə də azərbaycanlılar hər zaman sülhsevərlikləri ilə, qarşılıqlı qonşuluq münasibətləri yaşamaları ilə fərqləniblər. Heç vaxt faşist və şovinist düşüncələrə sahib olmayan, böyük və tarixi köklərə sahib olan bir millət olmuşuq.”

Milli Məclisin deputatı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib: “ Dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. Cənab İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə tutarlı cavab oldu. Daim fakt qarşısında aciz qalan işğalçı dövlət bu gün də həmin acizliyini sərsəm bəyanatlar səsləndirməklə ört-basdır etməyə çalışır. Əminliklə demək olar ki, faşist düşüncəsinə malik erməni hakimiyyəti ən yaxın zamanda elə erməni xalqı tərəfindən rəhbərlikdən silinəcək. Hər zaman Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan torpaqlarının ərazi bütövlüyü, ölkəmizin milli maraqlarının qorunması çərçivəsində, dövlət başçısının vermiş olduğu sülhməramlı, xoşniyyətli bəyanatları çərçivəsində bütün bu problemlərin hamıs öz həllini tapacaqdır
Xəbəri paylaş