Newscenter.az.18.05.2020. Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən ümumilikdə 230 fermer yararlanıb.
Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Şəkidə fermerlərə səyyar xidmət davam etdiriləcək.
Nazirliyinin səyyar xidmət mikroavtobusları bu həftədən Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında da xidmətə başlayacaq.
Orxan