Newscenter.az.21.05.2020. Ermənistanın Eçmiədzin şəhərində "Mazda" markalı avtomobildə baş verən yanğın zamanı 4 hərbçi yanıq xəsarəti alıb, onlardan biri ölüb.
“Report” xəbər verir ki, onlar Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimləridir.
Ölən şəxs 57 yaşlı polkovnik Ovik Kosakyandır.
Bildirilib ki, yanğınsöndürənlər O.Kosakyanın cəsədini maşında aşkarlayıb.
Xəsarət alanlar hərbi universitetin müəllimləri - 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, ehtiyatda olan polkovnik, 57 yaşlı Pavel Topçyan və 36 yaşlı mülki şəxs Gevorq Arutyunyandır.