Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu



Newscenter.az.31.05.2020. Bu gün Türkiyədə koronavirusdan daha 25 nəfər vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 540 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutka ərzində 989 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 127 973 nəfərə çatıb.
Xəbəri paylaş