Newscenter.az.1.06.2020. Koronavirus pandemiyasının Azərbaycanda yayılmağa başladığı müddət ərzində ilk dəfə ölkədə bu virusdan ölənlərin sayında rekord göstərici qeydə alınıb.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, iyunun 1-i tarixində pandemiyadan həlak olanların sayı 5 nəfər təşkil edib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.
Qeyd edək ki, indiyə qədər gündəlik olaraq koronavirusdan vəfat edənlərin sayı maksimum 3 nəfər təşkil etmişdi.