Newscenter.az.2.06.2020. Son 24 saatda Türkiyədə daha 974 nəfər koronavirusdan sağalıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 129 921 nəfərə çatıb.
Son bir gündə daha 22 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 585 nəfərə çatıb.
Bu gün koronavirusla bağlı 32 325 test aparılıb. Pandemiya ərzində bu rəqəm 2 103 044 təşkil edib.