Newscenter.az.3.06.2020. "Səhər və axşam saatlarında insanların sayını nizamlamaq məqsədilə üç ayrı qrup şəklində müxtəlif saatlarda işdən çıxılacaq. Bu da sıxlığı aradan qaldırmaq məqsədi daşıyır.
Newscenter.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı təkliflər var və qəbul olunsa, sabah məlumat veriləcək.