Newscenter.az.3.06.2020. "Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, narıncı zonada (Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda) şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:
"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".