Ramin Bayramlı: "Həftəsonu məhdudiyyətləri mətbuat sahəsinə də şamil ediləcək"
Tarix: 3-06-2020, 19:50
Newscenter.az.3.06.2020. "Həftəsonu məhdudiyyətləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinə də şamil ediləcək".
Newscenter.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, televiziya işçilərinin sayında da məhdudlaşma ola bilər.