Newscenter.az.4.06.2020. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.
Newscenter.az-a Miqrasiya Xidmətindən verilən xəbərə görə, göstərilən müddətdə müraciətləriniz yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq. Sizi maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilərsiniz.