Yunanıstanın Saloniki şəhərindəki Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib-FOTOLAR
Tarix: 5-06-2020, 23:32
Newscenter.az.5.06.2020. Bu gün “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətində Saloniki şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Newscenter.az-a sözügedən cəmiyyətdən bildirilib ki, görüşdə icma üzvlərinin problem və qayğıları ilə maraqlanılıb, həmvətənlərimizin Azərbaycan həqiqətlərinin, xalqımızın mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği prosesində daha fəal iştirakına çağırış edilib.
Eyni zamanda görüş zamanı cəmiyyətə ölkəmiz ilə bağlı təbliğat materialları da təqdim edilib.