Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərt karantin rejimi günlərində 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib



Newscenter.az.8.06.2020. Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun 2020-ci il tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub. Bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib. Bu barədə məlumat Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb.

8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20 % artıqdır. Həmçinin, sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalaırna anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik.

Anar
Xəbəri paylaş