Newscenter.az.9.06.2020. Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə dayə işləyən Bakı şəhər sakini R.Kərimova saxlanılıb.