Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı



Newscenter.az.9.06.2020. İş dalınca qürbətə üz tutanlar üçün dünyanın ən bahalı şəhəri Honkonqdur.

“Report” xəbər verir ki, ABŞ-ın nüfuzlu “Mercer Consulting” şirkəti tərəfindən mütəmadi olaraq hər il tərtib olunan siyahıda bu il ikinci yerdə Aşqabad, üçüncü yerdə Tokio qərarlaşıb. TOP 10-da həmçinin ardıcıl olaraq Sürix, Sinqapur, Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin yer alır.

Yaxın Şərq regionu şəhərlərindən sözügedən siyahıda həmçinin Təl-Əviv (12), Dubay (23), Ər-Riyad (26), Əbu-Dabi (39) mühüm yer tutur. Qərb yarımkürəsində həmçinin San-Fransisko (16), Los-Anceles (17), Honolulu (28), Çikaqo (30) qeyd edilə bilər.

Ümumilikdə, 209 şəhərin qeyd olunduğu siyahıda sonuncu yeri Tunis, ondan əvvəl Vindhok, daha əvvəlki yerlərdə də Daşkənd və Bişkek tutur.

Bu siyahı yaşayış yeri, nəqliyyat, ərzaq, geyim əşyaları, ev əşyaları, əyləncə və mədəniyyət tədbirləri kimi təməl maddələrin qiymətləri əsasında hazırlanır. Yeni koronavirus pandemiyası üzündən bir çox şəhərlərlə bağlı məlumatların əldə edilmədiyi bildirilir.

Şirkətin strategiya rəhbəri İlya Bonik sərhədlərin bağlanması, uçuşların dayandırılması, məcburi məhdudiyyətlər nəticəsində bütövlükdə həyatın keyfiyyət göstəricilərinə xeyli təsir etdiyini söyləyib.
Xəbəri paylaş