Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili 5 gün ərzində 688 seçicisi ilə görüşüb-FOTOLAR



Newscenter.az.9.06.2020. Millət vəkili Bəhruz Məhərrəmov 66 saylı Biləsuvar seçki dairəsi üzrə növbəti vətəndaş qəbulunu başa vurub.

Newscenter.az-ın Bəhruz Məhərrəmovun deputat qərargahına istinadən verdiyi xəbərə görə, 5 gün ərzində 22 kənddə və Biləsuvar şəhərində karantin qaydalarının tələblərinə tam əməl olunmaqla, hər gün 12 saat davam etməklə, ümumilikdə 688 vətəndaş tək-tək dinlənilib. Qəbullar insidentsiz, sakit tərzdə keçib, mümkün qədər dəqiqliklə vətəndaşların tələb və şikayətləri qeydə alınıb.

Qeyd edilib ki, seçiciləır tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti deputatın səlahiyyəti xaricində olsa da, artıq bir sıra aidiyyatı qurumlarla danışıqlar aparılıb və vətəndaşların problemlərinin həllində bir neçə strukturdan kömək vəd edilib.
Xatırladaq ki, millət vəkili eyni qəbul prosesini hər ay davam etdirəcək.

Anar
Xəbəri paylaş