Newscenter.az.9.06.2020. Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb.
O, qeyd edib ki, son sutkada koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların sayı 172 114 nəfərə yüksəlib.