Newscenter.az.10.06.2020. “Ermənistana qarşı təkcə hərbi təzyiqlərlə deyil, ilk növbədə bu ölkəyə qarşı assimetrik müharibə aparmalıyıq”.
Newscenter.az. xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Ermənistan bu illər bizə qarşı bu istiqamətdə ciddi şəkildə müharibə aparıb və nəticədə Qarabağ müharibəsində Qərbin dəstəyini alıb:
“Məhz ABŞ -ın ölkəmizə qarşı "907"- ci düzəliş Ermənistanın ölkəmizə qarşı assimetrik müharibəsinin nəticəsidir ki, Vaşinqton bu qərarı ləğv etmir. Bu gün Ermənistan lobbi səviyyəsində bizə qarşı müharibəni davam etdirir. Azərbaycan XİN səviyyəsində Ermənistanla aparılan danışıqların heç bir siyasi mənası qalmayıb. Bütövlükdə diplomatik danışıqlar mənasız bir meyar alıb”.
Politoloq deyib ki, Ermənistanla müharibədə Müdafiə Nazirliyi kimi XİN özünü ön cəbhədə tutmalıdır:
“Hər bir səfirlik əməkdaşı və diplomatlar xaricdə Ermənistana qarşı diplomatik müharibıədə bir əsgər olmalıdır. Amma, onların missiyası təssüf ki, bu məsələdən 360 dərəcə aralıdır. Ona görə də AŞPA kimi qurumlar Qarabağdakı seçkilərə susqunluq etdi. ABŞ-ın bəzi ştatları və digər bəzi ölkələr Qarabağın nümayəndəliyini açıblar. Biz artıq Ermənistanla bütün cəbhələrdə assimetrik müharibəyə başlamalıyıq. Ermənistan çox ciddi işlər görür. Bunun qarşısını almalıyıq”.