Newscenter.az.10.06.2020. Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilir.
Faktı “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva təsdiqləyib.
O qeyd edib ki, hospital sabahdan adi xəstə qəbulunu dayandıracaq və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanacaq.
Qeyd edək ki, bu gün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 30-dan artıq tibb müəssisəsi ayrılıb. Eyni zamanda bu yaxınlarda 3 modul tipli xəstəxananın açılışı olub.