Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şuradan daha bir istefa



Newscenter.az.11.06.2020. Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

“Report” xəbər verir ki, bu barədə o, Facebook hesabında məlumat verib:

”Son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin,vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti məni də dərindən narahat etdi və təəssüfləndirdi”.

R.Əhmədli Milli Şurada qalmağı mümkünsüz və faydasız hesab etdiyini vurğulayaraq, Milli Şuranı tərk etdiyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.
Xəbəri paylaş