Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

525 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırıldı



Newscenter.az.12.06.2020. Məlum olduğu kimi müəyyən xidmət sahələrinin, iş yerlərinin açılması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətində sıxlıq müşahidə edilir.

Newscenter.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müşahidələrinə əsasən və sərnişinlərimizdən daxil olan müraciətləri də rəhbər tutaraq, sıxlığın aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.

Sərnişinlərimizdən xahiş edirik ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər. Avtobusların obyektiv səbəbdən müəyyən qədər gecikməyini nəzərə alaraq sosial məsafə qaydaları diqqətdə saxlanılsın və növbəti avtobusu gözləyərək bir avtobusu çox yükləməsinlər.

Anar
Xəbəri paylaş