Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əliyeva aztəminatlı ailələrdən olan xəstə uşaqların müayinə və əməliyyat xərcləri ilə bağlı xüsusi proqramın hazırlanmasını təklif edib



Newscenter.az.13.06.2020. Millət vəkili Jalə Əliyeva bu gün 12 iyun 2020-ci il tarixində Milli Məclisin iclasında büdcənin icrası haqqında qanun layihəsi müzakirələri zamanı deputatı olduğu Zərdab və Ucar rayonları ilə əlaqədar olaraq ötən il səsləndirdiyi təkliflərdən bir neçəsinin qəbul olunmasına görə əlaqədar qurumlara təşəkkür edərək, eyni zamanda mövcud problemləri də növbəti dəfə diqqətə çatdırıb və məsələlərin həlli üçün vəsait ayrılmasını xahiş edib.

Newscenter.az xəbər verir ki, Jalə Əliyeva çıxışı zamanı aztəminatlı ailələrdən olan xəstə uşaqların müayinə və əməliyyat xərcləri ilə bağlı xüsusi proqramın hazırlanmasını təklif edib.

Bundan başqa deputat karantin dövründə məktəbəqədər təhsil müəssələrinin bağlı olması səbəbi ilə evdə qalan azyaşlı uşaqların işləyən analarının müvəqqəti olaraq işə cəlb edilməməsi üçün qərar verilməsini xahiş edib.

Həmin çıxışın videosunu təqdim edirik.
Xəbəri paylaş