Newscenter.az.13.06.2020. Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini 15 iyun-Qurtuluş Günü ilə bağlı təbrik edib.
Newscenter.az deputatın seçicilərinə ünvanlamış olduğu təbrik mətnini təqdim edir:
Sizi - 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərini 15 iyun - Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı çatdırıram.
Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan 15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, müasir Azərbaycan dövlətinin qurulmasma və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının son 17 il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanı Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, sürətlə tərəqqi edən, beynəlxalq aləmdə böyük nüfuzu olan, transmilli layihələri reallaşdıran və mötəbər tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin tarix baxımından qısa zaman kəsyində müasir həyatımızın bütün sahələrində qazandığı yüksək nailiyyətlər sözün həqiqi mənasında möhtəşəm və misilsizdir.
Bu gün hər bir Azərbaycanlı haqlı olaraq öz dövləti ilə fəxr edir və xalqı ilə qürur duyur .
Dəyərli seçicilər !
Hamınızı bir daha xalqımızın Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm, hər birinizə can sağlığı, ailə səadəti, müstəqil Azərbaycanımızın gələcək inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Anar