Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda kənd sakinləri etiraza qalxdı-VİDEO

Beyləqanda kənd sakinləri etiraza qalxdı-VİDEO


Newscenter.az.14.06.2020. Beyləqanda bir qrup kənd sakini içməli su problemi və əkin sahələrinin suvarılması çətinliyindən dolayı etiraz aksiyası keçirib.

Newscenter.az xəbər verir ki, hadisə rayonun Baharabad kəndində baş verib.

Kəndin mərkəzinə toplaşan sakinlər içməli su problemi və əkin sahələrinin suvarılmasından əziyyət çəkdiklərini bildiriblər.

Qeyd olunub ki, yerli İcra Hakimiyyəti, eləcə də müvafiq dövlət qurumları, həmçinin millət vəkili kənd sakinlərinin sözügedən probleminin həllinə heç bir köməklik göstərmir.

Anar

Xəbəri paylaş