Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Bərdədə 11038 hektar sahədə payızlıq taxıl əkilib



Newscenter.az.14.06.2020. Bu il Bərdədə 11038 hektar sahədə payızlıq taxıl əkilib.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunlardan 8511 hektarını buğda, 2527 hektarını arpa əkinləri təşkil edir.
Artıq rayonda arpa biçini demək olar ki yekunlaşıb. Fermerlər 2502 hektar arpa sahəsindən 9958 ton məhsul yığıblar. Arpa üzrə orta məhsuldarlıq 39,8 sentner təşkil edir.

Qeyd edək ki, ötən il Bərdədə 2601 hektar sahədən ilkin çəkidə 10118 ton məhsul yığılmış, ilkin çəkidə orta məhsuldarlıq 38,9 sentner təşkil etmişdi.

Hazırda rayonda buğda sahələrində biçin aparılır. İlk gündə 124 hektar sahədən 557 ton məhsul yığılıb və orta məhsuldarlıq 44,9 sentner təşkil edib.

Biçin prosesində 38 kombayn iştirak edir. Bunlardan 19-u "Aqrolizinq" ASC-nin sosial biçin aparan kombaynlarıdır. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 19 kombayn da buğda biçininə cəlb olunub.

Orxan
Xəbəri paylaş