Newscenter.az.15.06.2020. Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.