Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qonşu ölkələrdəki zəlzələlər Azərbaycanda təkrarlana bilərmi?



Newscenter.az.15.06.2020. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsirlərinə münasibət bildirib.

RSXM-nin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib ki, qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur:

"Bizim yerləşdiyimiz region və cənub qonşumuz İranın ərazisində, eləcə də qardaş Türkiyə ərazisində seysmik aktiv bölgələr var. Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir. Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşib və litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq, həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən olduqca onlarla zəif təkanlar qeydə alınır. Dəfələrlə bəyan etdiyimiz kimi, bizim ərazinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi yoxdu. Ona görə də qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur", - o bildirib.

Son günlər Gədəbəydə və Samuxda qeydə alınan təkanlara gəlincə, V.Rafiqqızı söyləyib ki, Azərbaycan ərazisi seysmik bölgə olduğuna görə burda hiss edilən və edilməyən zəlzələlər ola bilər: "Hər iki zəlzələ hiss edilməyən zəlzələ idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Olub - olmayacağına dair birmənalı fikir söyləmək mümkün deyil".
Xəbəri paylaş