Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov seçicilərinin onlayn qəbulunu keçirib-FOTOLAR



Newscenter.az.16.06.2020. Milli Məclisin deputatı Anar Məmmədov iyun ayı üçün seçicilərinin növbəti onlayn qəbulunu keçirib.

Newscenter.az. xəbər verir ki, bu barədə məlumat verən deputat bildirib ki, qəbulda 30 - dan çox seçicinin müraciətini dinləyib:

"Goranboy rayonu üzrə 18, Naftalan şəhəri üzrə 5, Faxralı kəndi üzrə 5, Hacallı kəndi üzrə 1 və Borsunlu kəndi üzrə 1 müraciət dinlənildi. Əsas müraciətlər içməli su probleminin həll olunması, işlə təmin olunmaq, abadlaşdırma və sağlamlıq, sosial müdafiə ilə bağlı oldu. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapdı, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürüldü".

Deputat deyib ki, onlayn qəbul zamanı bir daha pandemiya vəziyyəti ilə bağlı mövcud məsələləri müzakirə edib, vətəndaşları karantin rejiminin şərtllərinə əməl etməyə çağırıb.

Mehman
Xəbəri paylaş