Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib



Newscenter.az.16.06.2020. Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 801 koronavirus testi aparılıb.
Xəbəri paylaş