Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın 75 ümumi təhsil məktəbi “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub



Newscenter.az.16.06.2020. Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada Bakı və Gəncə şəhərlərindən ümumilikdə 1 757 nəfər şagird iştirak edib.
Xəbəri paylaş