Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərin iştirakı ilə regional müşavirə keçirilib



Newscenter.az.17.06.2020
. Yeni Azərbaycan Partiyası Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Şuşa, Xocavənd, Ağdam, Cəbrayıl, Beyləqan, Qubadlı, Xocalı, Ağsu, Şamaxı, Ucar, Ağdaş, Qobustan, Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədrləri ilə videokonfrans formatında növbəti regional müşavirə keçirilib.

Newscenter.az xəbər verir ki, müşavirədə çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, ötən altı ay ərzində siyasi, iqtisadi, mədəni və.s yönümlü tədbirlər keçirərək, gənclərin hərtərəfli yöndə inkişafına töhfə verdiyini, eyni zamanda koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını diqqətə çatdırıb.

Videokonfransda çıxış edən Gənclər Birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, ölkə prezidentinin siyasi xəttini dəstəklədiklərini, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini öz videoçıxışlarında bildiriblər.

Anar
Xəbəri paylaş