Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstixana sahibləri qaz borcuna görə güzəşt istəyir



Newscenter.az.17.06.2020. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə istixana təsərrüfatlarının sahibkarları ilə onlayn görüş keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Dövlət-sahibkar dialoqu platforması çərçivəsində təşkil olunmuş görüşdə KOBİA-nın, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin, "SOCAR Petroleum" QSC-nin, "Azərişıq" ASC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət şöbəsinin nümayəndələri və 50-yə yaxın istixana təsərrüfatının sahibləri iştirak ediblər.

Tərəflər koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhsul satışında və ixracında yaranmış çətinliklər, istixanalara verilən təbii qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı sahibkarlara güzəşt edilməsi, qazın qiyməti, mazutla təminat, elektrik şəbəkəsinə qoşulma, müasir istixanaların yaradılmasında və idarə edilməsində problemlər və digər məsələlər ətrafında müzakirələr aparıb, suallar cavablandırılıb.
Xəbəri paylaş