Newscenter.az.18.06.2020. Bu günə qədər Azərbaycanda 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.
Qeyd olunub ki, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6 100 koronavirus testi aparılıb.