Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin postunu torpaq yolla keçən 1 000 sürücü cərimələndi, 3-ü həbs edildi



Newscenter.az.18.06.2020. Ötən həftənin sonlarında, karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülər ilə bağlı araşdırmalar davam edir.

Bu barədə "Report"a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib.

O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.

Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib.

K.Əliyev bildirib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirirlir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.
Xəbəri paylaş