Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı siyasi zorakılıqlara rəğmən Qərbin susqunluğu



Newscenter.az.19.06.2020. “Ermənistanda siyasi böhranın dərinləşməsi qaçılmazdır. Ölkədə demokratik cəmiyyət quracağı şüarı ilə hakimiyyətə gələn Nikol Paşinyana yolun sonu görsənir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq, Paşinyan hakimiyyətdə qalmaq üçün "Olum ya Ölüm" dilemması qarşısında mübarizə aparır:

“Proseslər eks-prezident Serj Sarkisyanın başçılığı altında "Qarabağ klanı"nın toparlanıb Nikol Paşinyana qarşı hücuma keçməsinə gətirə bilər. Qeyd edim ki, Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Q.Sarukyanın həbsi və deputat toxunulmazlığının ləğvi ölkədə siyasi böhranı dərinləşdirir. Parlamentdə "Sarukyan" fraksiyası Məclisdə iştirak etmir. Bu da parlamentin böhrana girməsinə gətirir”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan Q. Sarukyanı həbs etməklə çevriliş planının qarşısını alıb:

“Çünki Sarukyan siyasi lider olmasa da, ortada gəzən və Rusiyanın bu ölkədə maraqlarına uyğun olaraq siyasət sərgiləyən oliqarxdır. N.Paşinyan Sarukyanı zərərsizləşdirməklə Rusiyanın ona qarşı planlarının qarşısını almağa çalışır. Bir tərəfədən iki həftə bundan əvvəl Putinin Paşinyana zəngi ilə R.Koçaryanı azad etsə də, Moskvanın stavka etdiyi Çiçəklənən Ermənistan partiyasına siyasi repressiya başladı. Qeyd edim ki, N. Paşinyan R. Koçaryanı azad etməklə Rusiyanın qaz qiymətlərində endirim etməsi və iqtisadi güzəştlər əldə etməsinə nail olmağa çalışır. Paşinyan gördü ki, iqtisadi vəziyyət ağırlaşır və Rusiyanın təzyiqlər durmadan artır. Həmçinin mövcud siyasi böhran hakimiyyətinə risk yaradır. Ona görə də buna getdi. Bununla Ermənistan cəmiyyətində Paşinyanın "qorxaq" obrazı yarandı”.

Məhəmməd Əsədullazadə hesab edir ki, R.Koçaryanın Paşinyana qarşı yenidən siyasi mübarizəyə başlaması mümkündür:

“Göründüyü kimi Rusiya tam hərəkətə keçərək R.Koçaryanı həbsdən azad etdi və siyasi böhranı tətiklədi. Forpost olaraq N. Paşinyan ölkəsini Rusiyanın təsirindən çıxara bilməyəcəyi aydın görünür. Bu ölkədə siyasi zorakılıqlara rəğmən Qərbin susqunluğu əsasən Paşinyanın Rusiya ilə bağlı qüvvələrə qarşı mübarizə apardığına görədir. Artıq Paşinyan üçün siyasi sabitlik gözlənilmir. O, bütün resurslarını özünə qarşı qüvvələrə cəlb edəcək. Nəticədə iqtisadiyyatda islahatlar olmayacaq. Bu da ölkədə sosial vəziyyətin gərginləşməsinə gətirəcək. Bumdan sonra baş nazir N.Paşinyan daxildə özünə qarşı qüvvələrlə mübarizə aparacaq. Nəticədə Qarabağ məsələsi onun üçün prioritet olmayacaq. Sadəcə bəyanatlar verməklə status-kvonu saxlamağa çalışacaq. Artıq, o öz hakimiyyətinə Qarabağ münaqişəsinin həllini təhlükəli görür. Məhz bu xüsusda Azərbaycanla aparılacaq danışıqlarda manipulyasiya ediləcək. Ermənistanda siyasi böhran Qarabağ məsələsində diplomatik müstəvidə danışıqları heçə endirəcəyi qaçılmazdı. Məhz buna görə Azərbaycan yalnız hərbi təzyiqlərə əl atmalıdır”.

Mehman
Xəbəri paylaş