Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına prokurorlar təyin olundu-SIYAH;



Newscenter.az.19.06.2020. Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları vəzifələrinə təyin edilib.
Xəbəri paylaş