Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB-in mətbuat katibinin anası koronavirusa yoluxdu



Newscenter.az.19.06.2020. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub.

Bu barədə Modern.az-a açıqlama verən R.Əliyeva deyib ki, anasından götürülmüş COVİD-19 testinin cavabı müsbət çıxıb:

“Anamın 65 yaşı var, özünü pis hiss edirdi, hərarəti vardı, eyni zamanda təngnəfəs olmuşdu. Ona görə də test verdi və təəssüf ki, nəticə pozitiv çıxdı. Hazırda xəstəxanada müalicə olunur”.

R.Əliyevanın sözlərinə görə, son vaxtlar ailəsilə yaxın kontaktı olmayıb:

“Digər ailə üzvlərimizdən də koronavirus testi götürülüb”.

Mətbat katibi əlavə edib ki, yoluxmasından ən çox qorxduğum anam idi, o da yoluxdu:

"Xahiş edirəm hər kəs özünü və ailəsini qorusun".
Xəbəri paylaş