Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda karantini pozan restoranın icarədarı və müştəriləri cərimələndi



Newscenter.az.21.06.2020. Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 20-də saat 23:30 radələrində Badamdar qəsəbəsində fəaliyyət göstərən “Qızıl Balıq” restoranının icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlardan 4 nəfər 200 manat, digərləri 100 manat cərimə olunublar.
Xəbəri paylaş