Newscenter.az.21.06.2020. Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.
Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.
V.Mustafayevin sözlərinə görə, “Azərişıq” ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçirib.
"Bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salab. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar".