Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KİV-də dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşdi



Newscenter.az.23.06.2020. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
Xəbəri paylaş