Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda 140 nəfər karantini pozduğuna görə cərimələnib



Newscenter.az.24.06.2020. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən 140 vətəndaş barəsində qanunamüvafiq tədbirlər görülüb və hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.
Xəbəri paylaş