Prezident Aqrar Universitetin yeni tədris korpusunun açılışında iştirak edib
Tarix: 24-06-2020, 18:09
Newscenter.az.24.06.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.