Newscenter.az.24.06.2020. Son bir gündə Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb.
Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 5 025 nəfərə yüksəlib.
Bununla yanaşı, son sutkada 1 386 nəfər koronavirusdan sağalıb.
Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 164 234 nəfərdir.
Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 53 486 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 3 083 121-dir.