Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yanğın hadisəsi baş verib - VİDEO



Newscenter.az.26.06.2020. Bu gün səhər saatlarında Bakıda yanğın hadisəsi olub.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 28 May və Kövkəb xanım Səfərəliyeva küçələrinin kəsişməsindəki ərazidə yanğın başlayıb.

Yanğına ilk olaraq Nəsimi rayon post patrul xidmətinin əməkdaşları müdaxilə edib. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. Məlumata görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbəri paylaş