Newscenter.az.28.06.2020. Ermənistanda qətl törədilib.
Bu barədə “Report” Ermənistan Polisinin İnformasiya İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Vardenisdə olub. Belə ki, 1995-ci il təvəllüdlü şəxs avtomat silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. O, ağır vəziyyətdə Qeqarkuniksk vilayətinin xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Hadisə ilə bağlı ekspertiza təyin edilib, təhqiqat aparılır.