Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusla bağlı vəziyyət heç yerdə ürəkaçan deyil



Newscenter.az.28.06.2020. "Koronavirusla bağlı vəziyyət heç yerdə ürəkaçan deyil. Mütəmadi olaraq rayon rəhbərliyi ilə telefon əlaqəsi yaradıb vəziyyəti öyrənirəm. Nə kimi köməklik lazımdırsa, edirəm. Hesab edirəm ki, bu virusla mübarizədə daha çox məsuliyyətli olmalıyıq. Çünki COVİD-19-a qarşı hər hansı vaksin hələ ki tapılmayıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov səsləndirib. O, bildirib ki, vaksin tapılmadığı müddətcə qoyulan qaydalara riayət etmək məcburiyyətindəyik:

"Bir məqamı unutmayaq. Əgər bir şəxs özünü müdafiə etmirsə, bu o deməkdir ki, ətrafdakıları da düşünmür. Reallıq isə başqadır. Bu gün dünəndən daha çətindir. Bu məsuliyyəti hiss etməsək, kimsə bizə kömək edə bilməyəcək. Bəzi insanlarımız qaydalara riayət etmir. Bəziləri virusa yoluxsa da, bunu gizlətməyə çalışır. Bu doğru deyil. Virusa yoluxmaq heç bir vətəndaşın günahı deyil. Burada xəcalət çəkiləsi durum yoxdur".

Deputat deyib ki, hər birimiz bu virusa yoluxa bilərik: "Hesab edirəm ki, yalnız məsuliyyətimizi dərk etməklə bu xəstəliyə qalib gəlmək olar. Digər bir məsələ səhiyyə sistemi ilə bağlıdır. TƏBİB-ə müraciət edən xəstəni Səhiyyə Nazirliyinə yönləndirirlər. Bu da rayonlarda daha geniş vüsət alıb və əlavə problemlər yaradıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələlər qaydasına düşəcək".
Xəbəri paylaş