Newscenter.az.29.06.2020. Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin komandanının müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncama ilə S. Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.