Newscenter.az.29.06.2020. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 73 93 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.