Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi üzrə idarə heyətinə seçkilər keçirilib



Newscenter.az.6.07.2020. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Qazax, Şəmkir və Tovuz rayon Gənclərin Yerli Məşvərət Şuralarının İdarə heyətinə onlayn seçkilər keçirildi.

Newscenter.az xəbər verir ki, 3-4 iyul 2020-ci il tarixlərində Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Qazax, Şəmkir və Tovuz rayon Gənclərin Yerli Məşvərət Şuralarının İdarə heyətinə onlayn seçkilər keçirilib. Seçkilər nəticəsində müvafiq rayonların Məşvərət Şuralarının idarə heyətinə Sədr və Sədr müavinləri seçilmişdir.

Baş tutmuş seçkilərdə səsçoxluğu ilə Biləsuvar rayon Məşvərət Şurasının sədri Əliheydər Əlifli, sədr müavini Murad Abdullazadə, Şəmkir rayon Məşvərət Şurasının sədri Sevinc Rəhimova, sədr müavini Turanə Zeynalova, Bakı şəhəri Xəzər rayonu Məşvərət Şurasının sədri Faiq Əbdürrəhmanov, sədr müavini Mehriban Qənizadə, Qazax rayon Məşvərət Şurasının sədri Pəri İbrahimova, Tovuz rayon Məşvərət Şurasının sədri Orxan Əhmədov, sədr müavini isə Vəfa Vəliyeva seçilmişdir.
Onlayn formatda həyata keçirilən seçkilərdə Məşvərət Şuraları üzvləri ilə yanaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun Müdiri cənab Fuad Babayev, UNICEF Azərbaycan nümayəndəliyinin Yeniyetmə və Gənclərin İnkişafı Proqramının Mütəxəssisi cənab Natik Umarov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri xanım Məryəm Məcidova iştirak etmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun Müdiri cənab Fuad Babayev seçkilər müddətində namizədlərin hər birinə uğurlar arzu etmiş və öz çıxışında xüsusilə vurğulamışdır: ““5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi iştirakçılar üçün böyük məktəbdir. Əgər layihənin davamlılığı təmin edilsə bu layihə əhalinin rifah səviyyəsini yüksəltmək və problemlərin aradan qaldırılması üçün çox yaxşı şansdır.”

UNICEF Azərbaycan nümayəndəliyinin Yeniyetmə və Gənclərin İnkişafı Proqramının Mütəxəssisi cənab Natik Umarov layihə haqqında demişdir: ““5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi qısa müddətli layihə olmayıb gələcəkdə digər rayonlarda həyata keçirilməsi planlaşdırılır.” Seçkilərə namizədliyini irəli sürən iştirakçıların hər birinə uğurlar arzulayaraq Natik Umarov çıxışını tamamlayıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri xanım Məryəm Məcidova öz çıxışında bütün iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu etmiş və qısaca olaraq sədr və sədr müavinlərinin öhdəlikləri barəsində bilgilər vermişdir.
Xəbəri paylaş