Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Böyük Britaniya Hökümətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə videokonfrans keçirilib



Newscenter.az.6.07.2020. əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və ikitərəfli enerji əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, COVID-19-la mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ümumilikdə 30 ölkəyə dəstək göstərilməsindən bəhs edilib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü diqqətə çatdırılıb.

Pandemiyanın qlobal iqtisadiyyata və enerji sektoruna, xüsusilə də neftin qiymətinə təsirlərindən danışan Graham Stuart Azərbaycanla Böyük Britaniya arasında bərpa olunan enerji, enerji səmərəliyi sahələrində əməkdaşlıq imkanları ilə maraqlanıb. Neft bazarının sabitləşdirilməsi istiqamətində “OPEC plus” formatında görülən tədbirlərin əhəmiyyətini vurğulayan nazir Pərviz Şahbazov bildirib ki, tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir: “Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir. Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir.”

Energetika naziri bərpa olunan enerji sahəsində görülən işləri, həyata keçirilən pilot layihələr və planlaşdırılan hərraclar, eləcə də qanunvericilik bazasının yaradılması ilə bağlı yenilikləri diqqətə çatdırıb. Həmçinin, nazir ölkəmizdə kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı BP-nin dəstəyini yüksək qiymətləndirib.
Videokonfransda Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədləri də nəzərdən keçirilib.

Zaur
Xəbəri paylaş